İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Rusiyanın neft sənayesinə ŞOK ZƏRBƏ

Avqustun əvvəlindən Ukrayna Rusiyanın neft emalı zavodlarına ən azı 28 hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2025-ci ilin ilk yeddi ayı ərzində ümumilikdə 21 zərbə endirilib.

Nəticədə Rusiyada yerli yanacaq istehsalı azalıb, dəniz yolu ilə neft satışı isə təxminən eyni miqdarda artıb.

Agentliyin məlumatına görə, Baltik dənizində Primorsk, Ust-Luqa və Qara dənizdə Novorossiysk limanları Ukraynanın nasos stansiyalarına hücumları fonunda bütün il ərzində axınları artırmaqda çətinlik çəkiblər.

OilX analitik şirkətinin məlumatına görə, Rusiya neft emalı zavodlarının oktyabrda gündəlik 4,86 ​​milyon barel xam neft emal etməsi planlaşdırılır (iyul ayı ilə müqayisədə gündə 484 min barel az).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR