Onlayn ictimai-siyasi qəzet
Müğənni Aynur Dadaşova vəsiyyətini açıqlayıb.
Sənətçi bu haqda "Gün ortası" verilişində danışıb. O bildirib ki, bir müddət əvvəl dünyasını dəyişən bacısının yanında özünə məzar yeri hazırlatdırıb:
"Demişəm ki, sabah dünyamı dəyişərəmsə, bacımın yanında dəfn edərsiniz. Balaca bacım dünyasını dəyişib. İnsan ölüsünə də, dirisinə də qiymət verməlidir. Bacım cavan, yaşı az idi. Bu dünyadan doymadı. Qızını gəlin köçürüb, nənə olmaq istəyirdi. Bilmirəm onun qızının toyunda harada gizlənəcəyəm, göz yaşımı saxlaya bilməyəcəyəm". (Axşam.az)
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ