Onlayn ictimai-siyasi qəzet
Ağdam rayonunda ötən həftə baş verən yanğın zamanı xəsarət alan qadın Bakıda müalicə olunduğu xəstəxanada ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, oktyabrın 1-də Ağdam rayonu Quzanlı qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı və nəvəsi, 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Bakı şəhəri 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilmişdi.
Həkimlərin səyinə baxmayaraq, Z.İsmayılova müalicə olunduğu xəstəxanada ölüb.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ