İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Türkiyədə ƏMƏLİYYAT KEÇİRİLDİ - Tanınmış sənət adamları SAXLANILDI

Türkiyənin tanınmış sənət və ekran ulduzları barəsində narkotik vasitələrdən istifadə iddiası ilə istintaq başlanılıb. 

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində, ictimaiyyət tərəfindən tanınan çoxsaylı məşhur şəxslərin adları “narkotik və ya psixotrop maddələrdən istifadə” ittihamı ilə istintaqa cəlb olunub.

Əməliyyat İstanbul İl Jandarma Komandanlığı tərəfindən həyata keçirilib. Siyahıda yer alan tanınmış adlar arasında Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadisə Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin və Deren Talu bacıları, Ziynet Sali, Birce Akalay, Metin Akdülger və Ceren Moray Orcan da var.

Məlumata görə, istintaq bəzi şübhəlilərin narkotik maddə istifadəsinə dair əldə edilən sübutlar əsasında başlanıb. Hazırda məşhurların ifadəvermə prosesi davam edir və onların qan analizlərinin nəticələri araşdırılır.

Prokurorluq mənbələrindən bildirilib ki, istintaq çoxşaxəli şəkildə aparılır və hazırda həm narkotik vasitələrin əldə edilməsi mənbələri, həm də ictimai fiqurların əlaqə dairələri istiqamətində yoxlamalar gedir.

İlkin məlumatlara əsasən, hadisə ilə bağlı təqsirli bilinən şəxslərin sayı artmaqda davam edir. Hüquq-mühafizə orqanları araşdırmanın nəticələrinə görə əlavə saxlanmaların da ola biləcəyini istisna etmir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR