Onlayn ictimai-siyasi qəzet
Rusiya məmurlarına Prezident Vladimir Putini ad günü münasibətilə necə təbrik etməli olduqlarına dair xüsusi metodik göstərişlər göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb. Bildirilir ki, təlimatlarda məmurların sosial şəbəkələrdə Vladimir Putini təbrik edən paylaşımlar etməsi, bu postlara “prezidentin nailiyyətləri” barədə fikirlərin əlavə olunması tapşırılıb.
İnstruksiyada qeyd olunur ki, paylaşım tematik şəkil və ya müəllifin fotosu ilə müşayiət olunmalı, “Rusiya Federasiyasının Prezidentini təbrik etmək zəruridir” ifadəsi mütləq yer almalıdır.
Maraqlıdır ki, sənəd təsadüfən Tıva vilayətindən deputat və “Vahid Rusiya” partiyasının “Qadınlar hərəkatı”nın regional koordinatoru Çoodura Erendey tərəfindən sosial şəbəkələrdə paylaşılıb. O, az sonra postu silsə də, “Agentstvo”nun yazdığına görə, material arxivdə qalaraq ictimaiyyətə açıq olub.
Məlumatda həmçinin vurğulanır ki, artıq bir sıra məmurlar bu metodik göstərişə uyğun olaraq sosial mediada Putinə ünvanlanan təbrik paylaşımları ediblər.
Digər tərəfdən, Rusiyanın Omka şəhərindəki bir uşaq bağçasında keçirilən tədbirdə balacalar “Ata hər şeyi bacarar” mahnısını ifa edərək, oradakı “ata” sözünü “Putin”lə əvəzləyiblər.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ