Onlayn ictimai-siyasi qəzet
Belçika şirkəti Thales Belgium Shahed tipli dronlara qarşı ucuz və effektiv silah yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Söhbət 70 mm-lik raketlər üçün nəzərdə tutulan FZ123 anti-dron döyüşbaşlığından gedir.
Yeni mərmi minlərlə kiçik polad dənəciklə doludur və təxminən 1 kiloqram partlayıcı vasitəsilə aktivləşir. Partlayış zamanı qəlpələr 24 metr diametrində sahəyə yayılır — bu, həm ayrı dronların, həm də dron sürülərinin məhv edilməsi üçün kifayətdir.
Thales artıq bu döyüşbaşlıqlarını Ukraynaya göndərib. Şirkət ilin sonuna qədər 3,5 minə yaxın belə raket istehsal etməyi, 2026-cı ildən isə illik istehsalı 10 min ədədə qədər artırmağı planlaşdırır.
İstehsalçı bildirir ki, bu raketlər ucuz interceptorlardan baha, lakin klassik zenit raketlərindən (hansıların dəyəri yüz minlərlə dollar ola bilər) qat-qat ucuzdur. Şirkət qiyməti açıqlamasa da, əsas məqsədin “xərci azaldaraq təsiri maksimum etmək” olduğu vurğulanır.
FZ123 başlıqları NATO-nun 70 mm-lik raket sistemləri ilə, o cümlədən ABŞ-ın “Vampire” platforması ilə tam uyğundur. Onları həm yük maşınlarına, həm də bəzi modernləşdirilmiş Mi-8 helikopterlərinə quraşdırmaq mümkündür.
Bu addım Ukraynanın hava hücumlarına qarşı müdafiəsini gücləndirir və ölkəyə ucuz, çevik və sürətli cavab imkanları yaradır.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ