İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gündə bir maşınla gəlirdi, bütün kənd bilirdi" - Dəhşətli QƏTL

Oktyabrın 6-da Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Şiştəpə kəndində yaşayan 41 yaşlı Röyalə Hacıyeva həyat yoldaşı Arif Hacıyev tərəfindən münaqişə zamanı qətlə yetirilib.

Hadisə ilə bağlı saxlanılan Arif Hacıyevin qardaşı Mübariz Hacıyev jurnalistlərə açıqlama verərək, cinayətin səbəbini açıqlayıb.

O bildirib ki, Röyalə Hacıyevanın Arif Hacıvə xəyanət etməsi ailədə münaqişənin əsas səbəbi olub. Mübariz Hacıyev qeyd edib ki, xəyanət faktı yazılı və video sübutlarla ortaya çıxarılıb, məhkəməyə müraciət edilərək boşanma prosesi başlayıb.

"Hər gün bir maşınla kəndə gəlirdi, bütün kənd buna şahiddir. Bu vəziyyətə hansı kişi dözə bilər?" - deyə o əlavə edib.

Faktla bağlı araşdırılmalara başlanılıb./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR