İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi hesabatda böyük sirlər yer alıb

Ermənistan parlament sədrinin mətbuat katibi Movses Arutyunyan bildirib ki, 44 günlük müharibənin səbəb və nəticələrini araşdıran komissiyanın hesabatı məxfiləşdirilib. O bildirib ki, indi yalnız məxfi məlumatlara çıxış icazəsi olan parlament üzvləri tanış ola biləcəklər.

Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İşi çərçivəsində 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri toplantılarına dəvət edib. Xüsusilə də baş nazir Nikol Paşinyan və keçmiş müdafiə naziri David Tonoyan dinlənilib. 2024-cü ilin noyabrında komissiyanın rəhbəri Andranik Köçəryan hesabatın tam şəkildə parlamentə təqdim ediləcəyini qeyd edib.

Parlamentin dövlət və hüquq məsələləri komitəsinin rəhbəri Vladimir Vardanyan dolayısı ilə parlamentin spikeri Alen Simonyanın bu məsələ ilə bağlı mövqeyini dəstəkləyib. “44 günlük müharibəni araşdıran komissiyanın təqdim etdiyi sənəd hazırdır. Ona məxfi məlumatlarla tanış olmaq icazəsi olan deputatlar baxa bilər”, Vardanyan əlavə edib.

O, komitənin çox böyük iş gördüyünü və təhlükəsizlik icazəsi olan bütün parlament üzvlərinin istintaqın nəticələri ilə tanış ola biləcəyini vurğulayıb.

“Joqovurd” qəzeti isə yazır ki, 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın rəhbəri 210 səhifəlik hesabatı komissiya üzvlərinə təqdim etməməklə parlamentin reqlamentini pozub. Reqlamentə görə, sənədlər deputatlar fikirlər söyləməsi üçün paylanmalı idi, lakin bu baş verməyib.

Daha əvvəl parlamentin spikeri Alen Simonyan vurğulamışdı ki, onun təqdim edilməsi üçün bütün müddətlər başa çatıb və reqlamentə görə, hesabat gündəliyə salına bilməz. Üstəlik, sənəd heç vaxt rəsmi olaraq parlamentin sədrinə təqdim olunmayıb.

Xüsusilə də baş nazir Nikol Paşinyan və keçmiş müdafiə naziri David Tonoyan (məhkəmə təcridxanasından azad edilib - red.) şərhləri dinlənilib. 2024-cü ilin noyabrında komissiyanın rəhbəri Andranik Köçəryan hesabatın tam şəkildə parlamentə təqdim ediləcəyini qeyd edib. 44 günlük müharibə hesabatına niyə “məxfi” qrifi vuruldu? Paşinyanın müharibə dövrü sənədini gizlətməkdə məqsədi nə ola blər?

Arzuxan Əlizadə: “Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal  məsuliyyətə cəlb edilməlidir” Pravda.az

Arzuxan Əlizadə

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbə ilə əslində Ermənistan ordusunun məğlubedilməzliyi yalançı mifi darmadağın oldu: “Ermənistanın özünün verdiyi rəsmi statistik məlumatlar bundan ibarətdir ki, İkinci Qarabağ müharibəsində erməni ordusu təxminən 12 min fərarisi olan ordu kimi yadda qalıb. Eyni zamanda erməni ordusu təxminən bu sayda da canlı itkilərə məruz qaldı. Erməni cəmiyyəti anladı ki, Azərbaycanla qarşı-qarşıya dayana bilməz. Ona görə də "böyük Ermənistan" xülyası da darmadağın oldu. Həm də müharibə sübut elədi ki, “sarsılmaz erməni ordusu” saxtakarlıq üzərində mifdən başqa bir şey deyilmiş. 44 günlük müharibənin səbəb və nəticələrini araşdıran komissiyanın hesabatında da şübhəsiz ki, Ermənistan hərbi və siyasi rəhbərliyini ifşa edən, erməni ordusunun çürük olduğunu isbatlayan məqamlar yer alıb. İstisna deyil ki, Nikol Paşinyan parlament seçkiləri öncəsi bu məlumatların, həmin məqamların geniş ictimaiyyət üçün açıqlanmasının fəsadlarının ola biləcəyini düşünərək hesabatı məxfi qrifli sənəd siyahısına saldırıb. Görünən bundan ibarətdir ki, müharibənin gedişinə rəhbərlik edənlər içərisində peşəkar olmayanlar yer alıb. Nikol Paşinyanın özü sonradan xüsusi olaraq vurğulayırdı ki, bir sıra hərbi komandirlər, generalitet ölkə rəhbərliyinin əmrlərini doğru-düzgün yerinə yetirmirdilər, kənardan daha çox idarə olunurdular. Dəqiq olan odur ki, müharibə ilə bağlı, həmin dövrdə baş verən elə proseslər olub ki, baş nazir Nikol Paşinyan indiki vəziyyətdə onların üzə çıxarılmasını, ictimaiyyətə açıqlanmasını istəmir. Hesab edir ki, bu hesabat xüsusilə seçki ərəfəsində onun özünə qarşı istifadə oluna bilər. Buna görə də yəqin ki, geniş ictimaiyyət illər sonra həmin hesabatla bağlı məlumatlandırılacaq. İstənilən halda hətta “məxfi” qriflə saxlamağın özü də Nikol Paşinyana qarşı rəqiblərinin təbliğat vasitəsinə çevriləcək. Antitəbliğat bunun üzərində qurulacaq ki, baş nazir müharibə ilə bağlı nələrisə gizlədir".

Oqtay Qasımov: “CHP ciddi böhranla üz-üzədir”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Ermənistan parlamentində 44 günlük müharibənin səbəb və nəticələrini araşdıran komissiyanın hesabatının məxfi qriflə saxlanılması başadüşüləndir: “Belə ki, bu hesabatda bir çox hərbi məsələlər, dövlət əhəmiyyətli sirlərin yer aldığı şübhəsizdir. Ola bilsin ki, məhz buna görə də hesabat məxfiləşdirilib. Əslində Nikol Paşinyan bundan həm də siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Yəqin ki, o hesabatda bəzi məqamlar var ki, həm Ermənistan hərbi rəhbərliyinin, eyni zamanda siyasi rəhbərliyinin hansısa hərəkətləri ilə bağlı müxalifətin istifadə edə biləcəyi nüanslar ola bilər. Baş nazir istəmir ki, həmin nüanslardan seçkilər dönəmində onun əleyhinə istifadə olunsun. İkincisi, qeyd etdiyim kimi, doğrudan da həmin hesabatda bir çox məxfi dövlət sirləri ola bilər. Bu səbəbdən də təbii olaraq həmin sənəd məxfiləşdirilə bilər. Ancaq o da məlumdur ki, bu, tam məxfiləşdirilmiş sənəd deyil. Sadəcə olaraq, bu, açıq sənəd deyil, dövlət əhəmiyyətli sənəd kateqoriyasına aid edilərək məxfi saxlanılır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR