İnsanlara hürriyət, millətlərə istiqlal!

103 min manat mənimsəyən satıcı GÖRÜN KİMDİR - FOTO

Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb.

Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib. 

37768cb804959e467ac57f2e05b37426.jpg (134 KB)

Hökmə əsasən, Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Qeyd edək ki, 31 yaşlı Günay Muradəliyeva Mərkəzi Univermaqda üç nəfərdən satış üçün götürdüyü qızılları lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. O, pulları öz şəxsi məqsədləri üçün xərcləməklə cinayət törədib. İstintaqla Günaya etibar edilmiş qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib. Lakin istintaqın əvvəllərində o, ziyanın yarısından çoxunu ödəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR