Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hökumətin 44 günlük müharibə ilə bağlı parlament komissiyasının hesabatını arxivə göndərmək qərarını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Sarkisyan bu addımı “hakimiyyətin fəlakətli səhvlərini və məsuliyyətsizliyini gizlətmək cəhdi” kimi qiymətləndirib.
Onun sözlərinə görə, komissiya yaradıldıqdan sonra üzvlərə qeyri-rəsmi şəkildə “tələsməmək” göstərişi verilib və bu, qanunla müəyyən edilmiş müddətlərin pozulmasına gətirib çıxarıb. Nəticədə sənədin vaxtı keçdiyi bəhanəsi ilə hesabat arxivə göndərilib.
“Əgər hökumət doğrudan da 2020-ci il müharibəsinin nəticələrini obyektiv şəkildə araşdırmaq istəyirdisə, prosesin şəffaf aparılmasını təmin edərdi. Əsl məqsəd günahkarları müəyyənləşdirmək deyil, onları qorumaq idi”, – deyə Sarkisyan vurğulayıb.
Keçmiş prezidentin fikrincə, bu qərar həm də gələcəkdə ictimaiyyətin həqiqətə çıxışını məhdudlaşdırmaq üçün atılıb.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ