İnsanlara hürriyət, millətlərə istiqlal!

Elgiz: “Dedim, bəyəm mən oğurluğa çıxmışam?!”

Elgiz Əkbər başına gələn hadisədən danışıb.

Teleaparıcı motosikletlə kuryerlik edənlərdən şikayətlənib:

"Yəqin ki, sürücülərin çoxu bununla qarşılaşıblar. Motosikletlə kuryerlik edən uşaqların çörək pulu qazanmasına sözüm yoxdur. Amma bunu elə qazanın ki, digərlərinin sağlamlığına xətər yetirilməsin.

O gün maşında dirsəyim pəncərədən kənara çıxarmışdım, yanımdan elə keçdi ki... Qolumu çəkməsəydim, az qala motosikletlə vuracaqdı. Soruşuram ki, bu necə sürməkdir? Maşının yanından belə sürətlə keçmək olmaz. Qarşına insan çıxa bilər. Mənə cavab verdi: "Toxun acdan nə xəbəri, çörək pulu qazanmağa çıxmışam".

Soruşdum ki, mən oğurluğa çıxmışam?! Hamı evindən bir parça çörək pulu üçün çıxır. Hansısa rayondan gəlib, kuryer işləyir. Başa saldım, üzr istədi"./milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR