İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “Stalin sindromu”

7 oktyabr səhərindən etibarən Rusiya məktəblərində və uşaq bağçalarında Vladimir Putinin 73 illiyi “bayram ab-havasında” qeyd edilməyə başlayıb.

Musavat.com xəbər verir ki, Rusiyanın müxtəlif bölgələrində – həmçinin işğal olunmuş Ukrayna ərazilərindəki uşaq müəssisələrində müəllimlər və tərbiyəçilər Putinin portretləri önündə uşaqlara “prezidentə təbriklər” yazdırır, şəkillər çəkdirir və sosial şəbəkələrdə paylaşır.

Voronej vilayətindəki “Meşə nağılı” uşaq bağçasında keçirilən “Mənim Rusiyam – mənim prezidentim” adlı dərsdə uşaqlara “vətənpərvərlik hissini gücləndirmək” adı altında Putinlə bağlı söhbətlər aparılıb.

Sverdlovsk vilayətinin “Rodniçok” bağçasında isə uşaqlara “Putinin həyatı və Rusiyanın inkişafına töhfələri” barədə məlumat verilib. Eyni mövzuda tədbirlər Zabaykalye bölgəsində də keçirilib.

Samara vilayətində uşaqlara Putinin doğum günündə “Ukraynaya hücumda iştirak edən hərbçilər üçün qoruyucu evciklər” düzəltmək tapşırılıb.

Belqorod vilayətindəki “Raduqa” bağçasında isə “Putinin harada doğulduğu, kimlərdən ibarət ailədə böyüdüyü, uşaqlıq arzuları və təhsili” haqqında söhbətlər aparılıb.

İşğal olunmuş Volnovaxadakı “Teremok” bağçasında uşaqlar “Dözümlülük”, “Çiçəklənmə” və “Xalq dəstəyi” yazılmış plakatlarla çəkilib. Makiyevka şəhərində isə məktəblilərə “Putinə təbrik açıqcaları” hazırlatdırılıb.

Bütün bu səhnələr Stalinin şəxsiyyətə pərəstiş dövrünü xatırladır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR