Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş prezidentləri arasında “ən xəyanətkar bəyanat” yarışında hazırda Robert Köçəryan birinci yerdədir.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan tərəfindən səslənib.
Rubinyanın sözlərinə görə, Köçəryan son çıxışında 2020-ci ildə Tavuş istiqamətində baş verən sərhəd toqquşmalarını guya Ermənistanın özünün təhrik etdiyini bildirib.
“Levon Ter-Petrosyan və onun iki siyasi “övladı” – Serj Sarkisyan və Robert Köçəryan sanki bir-biri ilə yarışır, kim xalq qarşısında daha xəyanətkar bəyanat verəcək. Hələlik bu yarışda Köçəryan liderdir”, - deyə Ruben Rubinyan istehza ilə qeyd edib.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ