İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya daha bir ŞOK 

Sanksiyalar nəticəsində yeni təyyarə və ehtiyat hissələri almaq, texniki xidmət göstərmək imkanından məhrum olan Rusiya aviaşirkətləri yaxın illərdə onlarla təyyarəni istismardan çıxarmaq məcburiyyətində qalacaq.

Musavat.com-un xəbərinə görə, Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviatsiya) rəhbəri Dmitri Yadrov Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı bildirib ki, 2030-cu ilə qədər 109 xarici təyyarə uçuş parkından çıxarıla bilər.

Onun sözlərinə görə, Rusiya mülki aviasiyası növbəti 6 il ərzində təyyarə parkının üçdə birini itirə bilər. Bu prosesə təkcə “Boeing” və “Airbus” təyyarələri deyil, həm də 40–60 yaşlı 230 yerli istehsal təyyarələri daxil olacaq.

“Ən pessimist ssenariyə görə, 2030-cu ilədək aviaşirkətlərlə birlikdə təxminən 339 təyyarənin istismardan çıxarılacağını hesablayırıq. Bundan başqa, 200 helikopterin – 190 yerli və 10 xarici istehsal helikopterinin də istismardan çıxarılması planlaşdırılır”, - deyə Yadrov TASS agentliyinə açıqlamasında bildirib.

Məlumata əsasən, hazırda Rusiya aviaşirkətlərinin parkında 1135 hava gəmisindən 1088-i uçuş vəziyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR