Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin gələn il də Ukraynadakı müharibəni davam etdirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” (MK) qəzetində dərc olunan və müəllifi nəşrin baş redaktorunun müşaviri Mixael Rostovski olan məqalədə bildirilir.
Məqalə “Putin sülh axtarışında: Kreml sahibi SVO-nu necə bitirməyi planlaşdırır” başlığını daşıyır və qəzetin birinci səhifəsində yer alıb. Rostovskinin fikrincə, “sülh axtarışı yalnız hərbi və siyasi sahədə inandırıcı uğurlar əldə edildikdən sonra mümkündür”, buna görə də Putin bu uğurları gələn il ərzində qazanmaq niyyətindədir.
Müəllif yazır ki, Putin ABŞ-la danışıqların təşəbbüskarı olub və rusiyalı liderin Alyaskada keçirilən Rusiya–ABŞ sammitini təklif etdiyi bildirilir. Vaşinqton isə görüşü BƏƏ və ya Şotlandiyada keçirməyi istəyib. Rostovskinin sözlərinə görə, Putin Trampın sülh planının əsas hissəsi ilə razılaşıb, lakin Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edib.
Tramp isə bu tələbi dərhal qəbul etməyib və cavabını “sonra verəcəyini” bildirib. Bu isə, Rostovskinin fikrincə, ABŞ-ın müttəfiqləri ilə “patron–müştəri münasibətlərinə” əsaslanan siyasətindən doğan “narazılıq əlaməti” idi.
Müəllif həmçinin yazır ki, Kreml ABŞ-ı “dərin strukturlaşdırılmış danışıqlara” məcbur etməyi planlaşdırır. Onun fikrincə, Tramp yalnız başqa çıxış yolu qalmayanda və ya alternativin Vaşinqton üçün dözülməz siyasi və iqtisadi itkilər doğuracağı halda bu variantla razılaşacaq.
Rostovski Ukrayna müharibəsini Vyetnam müharibəsi ilə müqayisə edərək, ABŞ-ın 1975-ci ildə Sayqon səfirliyinin damından vertolyotla qaçış səhnələrini yada salır. Onun iddiasına görə, belə bir “vertolyot anı” Ukraynada dəqiq olmasa da, müharibənin dönüş nöqtəsi mümkündür və bu, Rusiya ordusunun cəbhəni yaracağı təqdirdə baş verəcək.
Nəticə olaraq, Rostovski yazır ki, Kreml 2025-ci ilin oktyabrından etibarən “sülhü güc vasitəsilə axtarmaq” strategiyasına keçib:
“Sülh axtarışları yalnız diplomatiya ilə deyil, həm də güc amilində inandırıcı nailiyyətlərlə mümkündür. Vladimir Putin bu uğurları gələn il ərzində əldə etməyə qərarlıdır”.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ