İnsanlara hürriyət, millətlərə istiqlal!

Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir - QANUN

Bəzi hallarda işçilərin maaşlarının gecikməsi halları ilə qarşılaşırıq.

Əmək Məcəlləsinə əsasən, əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir.

Əgər işçi maaşı gec alıbsa, bu zaman gecikdirilmiş hər günə görə maaşdan əlavə faiz verilməlidir.

Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir) faizi məbləğində əlavə verilməlidir.

Bu hal əmək mübahisəsi yaratdıqda isə, məsələ əmək mübahisələri kimi nəzərdə tutulan qaydada həll edilir.

Əməkhaqqının gecikdirilməsi işəgötürənin təqsiri olmadan (təşkilatın müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi) baş verərsə, onda heç bir faiz hesablanılmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR