İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətləri Qəbələdə güc nümayiş etdirdi: yeni strateji mərhələ başladı

"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının "Regional sülh və təhlükəsizlik" devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu. Artıq TDT yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Tənzilə Rüstəmxanlı deyib.

TENZİLE.jpg (47 KB)

Millət vəkili qeyd edib ki, Türk dövlətlərinin Qəbələdə bir araya gəlməsi həm simvolik, həm də siyasi baxımdan önəmlidir:

"Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı: Məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi.

Türk dövlətlərinin Qəbələdə bir araya gəlməsi həm simvolik, həm də siyasi baxımdan önəmlidir. Simvolikdir, çünki bu görüş Azərbaycan torpağında - türk dünyasının mərkəzi coğrafi qovşağında keçirilir. Siyasi baxımdan isə sammit Türk Dövlətləri Təşkilatının təkcə iqtisadi layihələr üzərində deyil, sülh və təhlükəsizlik mexanizmlərinin qurulması istiqamətində də dərinləşdiyini göstərir. Bu istiqamətdə birgə hərbi təlimlərin keçirilməsi, ortaq müdafiə sənayesi layihələrinin hazırlanması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə mövzularına daxildir".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR