Onlayn ictimai-siyasi qəzet
Müğənni Ofelya Şabanova "Öz aramızda" verlişində valideynlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
O, anasının qucağında dünyasını dəyişdiyini bildirib:
“Keçmişi düşünəndə yalnız atamla anamı xatırlayıram. Uşaqlığım olmayıb, ona görə də heç nə düşünmürəm. Xatirələrimdən silmişəm. 9 yaşımda pul qazanmağa başladım. Bizim tərəflərdə qoz-fındıq çox olurdu. Bağlarda yığımdan sonra qalan fındığı satırdım, pulu anama verirdim ki, axşama yeməyimiz olsun.
Anamın o baxışlarını heç vaxt unutmuram. Nə vaxtdı yemək yemirdi, su ilə yaşayırdı. Son yeməyini də mən yedirtdim. Bir saat sonra qollarımın arasında dünyasını dəyişdi”.
Ofelya Şabanova bildirib ki, anasının ölümündən sonra həyatında çox şey dəyişib:
“12 yaşımdan oxumağa başladım, 16 yaşımda gələcək ərimlə tanış olub evləndim. Anam ölməzdən əvvəl əmimin yoldaşına deyib ki, işləyib pul qazananda baş daşımı Ofelya qoyar. Onu da ərim etdi. Elə bilirəm ki, anamın ruhu yoldaşımdadır. Çox qayğımı çəkir, məni əziyyət çəkməyə qoymur”./Yenisabah.az
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ