İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəzada ölən Rüfət sahibkar imiş - FOTOlar

Xəbər verdiyimiz kimi, oktyabrın 4-ü axşam saatlarında İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, ağır qəzada həyatını itirən şəxslərdən 1990-cı il təvəllüdlü Rüfət Quliyev Bakıda "Bright" tədris mərkəzinin rəhbəri imiş.

Hadisə vaxtı onun "BMW" markalı avtomobili saatda 150-160 kilometr sürətlə idarə etdiyi bildirilib. Nəticədə avtomobil qarşı tərəfdən gələn Rəşad Ələsgərovun sürdüyü "Mercedes"ə çırpılıb və hər iki sürücü hadisə yerində həlak olub.

Qəza nəticəsində daha 4 nəfər ağır xəsarətlər alıb.

Dəhşətli qəzada həyatını itirən 35 yaşlı Rüfətin fotosunu təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR