Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın siyasətinə Rusiyaya qarşı yönəlmiş siyasət kimi baxmaq olmaz.
Musavat.com-un məlumatına görə, bunu “Sputnik Ermənistan” multimedia platforması ilə Moskva-Minsk-Astana-İrəvan-Daşkənd-Tbilisi videokonfransı zamanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“Hazırkı kursundan asılı olmayaraq, Azərbaycan gənc dövlətdir. Əgər biz hər bir qeyri-dost addıma reaksiya versək, bundan yaxşı heç nə olmayacaq”, - Cabarov qabaqdangəlmişlik edərək bildirib.
O bildirib ki, Rusiya heç vaxt Azərbaycan rəhbərliyinin bəyanatlarını açıq şəkildə şərh etməyib. Dediyinə görə, Rusiya anlayır ki, hər bir ölkə çətin inkişaf dövrünü keçməlidir.
“Heç kimin zərbəyə zərbə ilə cavab verməməsi çox təqdirolunandır. Biz sakitliklə gec-tez münasibətlərin bərpa olunacağını gözləyirik. Münasibətlər bərpa olunmaya bilməz”, - o əlavə edib.
Rusiya rəsmisinin sözlərinə görə, Rusiya Azərbaycanı Asiyanın dərinliklərində harasa “ötürə” bilməz:
“Ona görə də ölkələr qonşu olmağa məhkumdurlar, çünki onların həqiqətən çox ortaq cəhətləri var”.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ