Onlayn ictimai-siyasi qəzet
Slovakiya Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımını ehtiva edən yeni hərbi dəstək paketi hazırlayır.
"Report" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak Kiyevdə Üçüncü Beynəlxalq Müdafiə Sənayesi Forumunda (DFNC3) açılış nitqi zamanı bildirib.
"Böyük məmnuniyyətlə bildirirəm ki, nazir Şmıqalla mən indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini özündə əks etdirən 14-cü yardım paketinə dair memorandum imzalamışıq", - o deyib.
R.Kalinak onsuz da hərtərəfli olan müdafiə əməkdaşlığını genişləndirmək, potensial layihələri müəyyən etmək məqsədilə ukraynalı həmkarı Denis Şmıqalla işləmək üçün Kiyevdə olduğunu vurğulayıb.
07 Oktyabr 2025
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ