İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü sosial əlaqələr bioloji qocalmanı ləngidir

ABŞ-ın Kornell Universitetinin alimləri apardıqları yeni araşdırmada insan münasibətlərinin sağlam yaşlanmaya təsirini sübut ediblər.

Musavat.com xəbər verir ki, tədqiqat 55 yaş ortalamasına malik 2 mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Alimlər uşaqlıqda valideyn dəstəyi, yerli icma ilə bağlılıq, dini fəaliyyətlərdə iştirak və dostluq münasibətlərini analiz edərək bu göstəriciləri fizioloji parametrlərlə müqayisə ediblər.

Tədqiqatın müəlliflərindən, professor Entoni Onq qeyd edib:

“Yaxşı qocalmaq – sağlam qalmaq və əlaqədə qalmaq deməkdir; bu, bir-birindən ayrılmazdır”.

Araşdırmanın nəticələrinə görə, güclü sosial əlaqələri olan şəxslər daha yavaş bioloji qocalma meyli göstərirlər. Onların immun sistemi daha dayanıqlı, iltihab səviyyəsi isə daha aşağı olur.

Alimlərin qənaətinə görə, insanın ictimai və emosional cəhətdən aktiv həyat tərzi orqanizmdə yaşlanma prosesini təbii şəkildə lənqidir və uzunömürlülüyü artırır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR