İnsanlara hürriyət, millətlərə istiqlal!

Maqnit qasırğalarının insan sağlamlığına təsiri yoxdur

Astarokosmik Mərkəzin əməkdaşı, astrofizik Vyaçeslav Avdeyev bildirib ki, maqnit qasırğaları insan sağlamlığına birbaşa təsir göstərmir.

Musavat.com xəbər verir ki, alimə görə, insan orqanizmi maqnit sahəsini hiss edə biləcək heç bir orqana malik deyil.

“MRT müayinəsi zamanı bədənimiz minlərlə dəfə daha güclü maqnit sahəsinə məruz qalır, amma biz bunu hiss etmirik”, – deyə Avdeyev qeyd edib.

Onun sözlərinə görə, insanların baş ağrısı və halsızlıq kimi şikayətləri günəş aktivliyi ilə əlaqəli deyil və bu hallar tamamilə başqa səbəblərdən qaynaqlanır.

“Baş ağrısına səbəb çox amil ola bilər, lakin burada nə Günəşi, nə də Yerin maqnit sahəsini günahlandırmaq doğru deyil,” – alim vurğulayıb.

Avdeyev əlavə edib ki, maqnit qasırğaları insan üçün deyil, texnoloji sivilizasiya üçün təhlükə yaradır. Əgər 1859-cu ildəki məşhur Karrinqton hadisəsi bu gün təkrarlansaydı, bu, elektrik şəbəkələrinin və peyk rabitəsinin tam iflicinə səbəb ola bilərdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR