İnsanlara hürriyət, millətlərə istiqlal!

“Apple” “Siri” vasitəsilə insanları dinləyib? QALMAQAL

Paris Prokurorluğu “Apple” şirkətinə qarşı “Siri” səsli köməkçisi vasitəsilə istifadəçilərin danışıqlarının gizli şəkildə yazılması ilə bağlı cinayət istintaqı başladıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytının Avropa redaksiyası məlumat yayıb.

İstintaq Fransa İnsan Hüquqları Liqasının şikayəti əsasında başlanıb. Şikayətin əsasını “Apple”ın keçmiş podratçısı — İrlandiyanın “Globe Technical Services” şirkətində çalışan Tomas Le Bonnekin ifadələri təşkil edir.

Le Bonnek 2019-cu ildə şirkətdə işləyərkən “Siri”nin cavab keyfiyyətini artırmaq məqsədilə yazılan səs qeydlərini analiz etdiyini, lakin minlərlə şəxsi söhbətin qeydə alındığını bildirib. Onun sözlərinə görə, bəzi yazılar məxfi məlumatlar ehtiva edir və istifadəçilərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verirdi.

Tomas Le Bonnek əvvəllər həm Fransa, həm də İrlandiya məlumatların qorunması orqanlarına müraciət etsə də, hər iki qurum araşdırma aparmaqdan imtina edib.

“Apple”ın Fransadakı nümayəndəsi isə “Politico”ya açıqlamasında bildirib ki, şirkət “Siri” vasitəsilə toplanan məlumatlardan heç vaxt marketinq və ya reklam məqsədilə istifadə etməyib, bu məlumatları üçüncü tərəflərə ötürməyib və satmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR