Onlayn ictimai-siyasi qəzet
Nyu-York Universitetinin neyrobioloqu, professor Vendi Sudzuki bildirib ki, oyanan kimi telefondakı bildirişlərə baxmaq beynin fəaliyyəti, yaddaş və motivasiya üçün zərərli təsir yaradır.
Musavat.com xəbər verir ki, alimin sözlərinə görə, səhər saatlarında beyin ən yüksək neyroplastiklik mərhələsində olur – bu dövrdə o, ətraf mühitə və informasiyaya daha həssas şəkildə uyğunlaşır.
Oyanışdan dərhal sonra dopamin və kortizol hormonlarının səviyyəsi artır, bu da insanı enerjili və diqqətli vəziyyətə gətirir. Lakin telefon bildirişləri bu tarazlığı pozur, beyni məsuliyyətli düşünməkdən çox reaksiya verməyə məcbur edir.
Professorun tövsiyəsinə əsasən, oyanandan sonra ən azı 20 dəqiqə telefona toxunmamaq, bu müddətdə isə günün məqsədlərini planlaşdırmaq və ya zehni hazırlıq aparmaq lazımdır.
Sudzukinin fikrincə, səhər tezdən ekranlara baxmaq beyinə deyil, vərdişlərə xidmət edir — beynə azadlıq vermək isə daha məhsuldar günün açarıdır.
Musavat.com
07 Oktyabr 2025
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ