İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp marşrutu və ya Zəngəzur dəhlizi: Ermənistanın narahatlığı Azərbaycanın haqqını dəyişmir...

Ermənistanda "Tramp marşrutu" ilə bağlı narahatlıqlar müşahidə olunur. Erməni mətbuatı sorğu yayır ki, bəs ermənilər bu layihənin icrasının əleyhinədirlər. Ermənilər deyirlər ki, adı dəyişsə də bu, elə "Zəngəzur dəhlizi"dir, Azərbaycana yol verməkdir.

Musavat.com xəbər verir ki, Ermənistanın Gümrü şəhərində sakinlər arasında keçirilən sorğu regionda səs-küy doğuran “Tramp marşrutu” layihəsinə "münasibəti" üzə çıxarıb. Sorğuda respondentlərə belə sual ünvanlanıb: 
“Son vaxtlar Sünik vilayəti üzərindən Azərbaycana yol verilməsi barədə sənəd imzalanıb. Bunu ‘Tramp marşrutu’ adlandırırlar. Sizcə, bundan Ermənistan nə qazanacaq?”

Əksər iştirakçılar məsələni kəskin tənqid ediblər. Onların fikrincə, “marşrut” və ya “park” adlandırılması mahiyyəti dəyişmir — söhbət eyni “Zəngəzur dəhlizindən” gedir. Bir çoxları bunu ölkənin suverenliyi üçün təhlükə adlandırıb və qeyd edib ki, “adlar dəyişir, amma ideya eyni qalır — Sünik üzərindən keçid Azərbaycana verilir”. 

17552508851260234534689f00c537a98.jpg (276 KB)

Lakin gerçəklik açıqdır: Azərbaycanın təşəbbüsü regionun geosiyasi və iqtisadi reallığına xidmət edir və qarşısını almaq mümkün deyil. Zəngəzur dəhlizi Azərbaycanın dünya bazarına çıxışını təmin etməklə, yalnız özünün deyil, eyni zamanda region ölkələrinin də iqtisadi inkişafına töhfə verir. Bu yol təkcə nəqliyyat marşrutu deyil, həm də sabitlik və əməkdaşlıq üçün vacib vasitədir.

Erməni cəmiyyətində yaranan narahatlıqlar, formal olaraq “Tramp marşrutu” adının dəyişdirilməsi ilə bağlı olsa da, gerçəkliyi əks etdirmir. Azərbaycan haqqını müdafiə edir, beynəlxalq hüquq çərçivəsində öz tranzit imkanlarını bərpa edir. Ermənistanın bu prosesə mane olmaq cəhdi yalnız regionda təcrid və iqtisadi ziyanla nəticələnəcək. Onsuz da 30 il elədiklərini ediblər. Əslində, ermənilər bizim torpaqları tutmaları ilə özlərini blokada şəraitinə salıblar. İndi içlərində bir-iki ağıllı ortaya çıxıb bu blokadanı yarmaq üçün cəhd edibsə, bizimlə razılaşıb ağ günə çıxmaq və xalqını da dalınca aparmaq istəyirsə, onu daş-qalaq etmək yox, ona biət etmək lazımdır. Ay bədbəxtlər, haradan gəmisiz, hara gedirsiz ki, belə narahatsınız. Dərinə gedib hər şeyi öz adı ilə adlandırsaq, onda gərək həm də paytaxtsız qalasız... 

Gələk yenə də dəhliz məsələsinə. Qeyd etdiyimiz kimi bu yol Ermənistan üçün də faydalıdır. Sərhədlərdən keçən tranzit iqtisadi aktivliyi artırır, infrastruktur layihələrini sürətləndirir və xarici sərmayə üçün əlverişli mühit yaradır. Daha nə lazımdır. Aydındır ki, Ermənistanın narahatlığı, əslində, keçmişdə qalmış qısqanclıq və geosiyasi yanlışlıqların davamıdır.

Böyük həqiqət isə budur ki, “Tramp marşrutu” və ya Zəngəzur dəhlizi Ermənistan üçün seçim deyil, qaçınılmazlıqdır. Azərbaycanın haqqı və təşəbbüsü regionun iqtisadi, nəqliyyat və təhlükəsizlik reallıqlarına tam uyğundur. Adının dəyişdirilməsi yalnız erməni narahatlığını yüngülləşdirə bilər, amma ideya dəyişməz qalır: Azərbaycanın dünya ilə əlaqəsi təmin edilir, region sabitləşir və qarşılıqlı fayda yaranır. 

images.jpeg (35 KB)

Beləliklə, Ermənistanın narahatlığı Azərbaycanın haqqını dəyişdirmir və heç vaxt dəyişdirməyəcək. Zəngəzur dəhlizi həm geosiyasi, həm də iqtisadi baxımdan qaçılmazdır və Ermənistan da bunu qəbul etmək məcburiyyətindədir. Azərbaycan bu haqqını həyata keçirərək həm özünü, həm də regionu gücləndirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR