Onlayn ictimai-siyasi qəzet
İrəvan məhkəməsi itkin düşən əsgərin qohumu Arsen Qukasyanın bir ay müddətinə həbs olunmasına qərar verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, Qukasyan 44 günlük müharibə zamanı itkin düşən Sarkis Qukasyanın dayısıdır.
O, oktyabrın 6-da günorta saatlarında Ermənistan Müdafiə Nazirliyinin binasının yaxınlığında xuliqanlıq etdiyinə görə saxlanılıb.
Müstəntiqlərin məlumatına görə, Qukasyan və Sarkisyan (bundan əvvəl zaminə buraxılan şəxs – M.) hərbi polis əməkdaşlarına butulka atıblar.
Qukasyanın bir sıra xroniki xəstəlikləri var və onun səhhəti həbslə bir araya sığmır, vəkil Tatevik Soqoyan jurnalistlərə bildirib.
Qeyd edək ki, ötən gün itkin düşənlərin yaxınları növbəti dəfə aksiya keçiriblər.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ