Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri”, hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan Rusiya avtomobil sənayesindəki payını da satıb.
Musavat.com “Kommersant” nəşrinə istinadən xəbər verir ki, onun “Kamanın” əsas səhmdarı olan “Vosxod” MMC-dəki 25%-lik payı şirkətin özünə keçib.
Beləliklə, “Vosxod”un digər səhmdarları, “KAMAZ”ın baş direktoru Sergey Koqoqin (37,5 faiz) və “Spektr” MMC (37,5 faiz) ortaq kimi qalır.
Qeyd edək ki, Vardanyan 2024-cü ilin payızında “KAMAZ” şirkətinin də ortaq sahibindən çıxıb və bununla da Rusiya avtomobil sənayesindən tamamilə uzaqlaşıb.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ