İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva “Çar kəndi” muzeyinin 500-dən çox eksponatına ev sahibliyi edəcək

Moskva şəhərində “İmperator iqamətgahlarının inciləri” silsiləsindən yeni sərgi açılacaq. Burada “Çarskoye Selo” Dövlət Muzey-Qoruğunun kolleksiyasından 500-dən çox eksponat nümayiş etdiriləcək.

Musavat.com xəbər verir ki, sərgidə XVIII əsrə aid Böyük Çar kəndi sarayının maketi, Turaunun hazırladığı orijinal kəhrəba ləf, II Yekaterinanın hərbi libası, eləcə də bürünc, rəssamlıq, farfor və mebel sənətinin nadir nümunələri təqdim olunacaq.

Bundan əlavə, sərgidə uşaq arabası, xizək və böyüklər üçün nəzərdə tutulmuş saray saniləri də nümayiş olunacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR