İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gürcüstanda hakimiyyəti devirmək istəyənlərin pulunu Avropa İttifaqı verir" - İrakli Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqından birbaşa maliyyə alan təşkilatlar oktyabrın 4-də Gürcüstanda hakimiyyəti devirmək cəhdində iştirak ediblər.

“Son dörd il ərzində xaricdən maliyyələşdirilən beş inqilab cəhdi olub. İndi isə Avropa İttifaqından birbaşa vəsait alan təşkilatlar hakimiyyəti ələ keçirməyə yönəlmiş cəhdlərdə iştirak ediblər”, — deyə o, "Rustavi 2" telekanalına verdiyi müsahibəsində qeyd edib.

Kobaxidzenin sözlərinə görə, ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə xarici xüsusi xidmət orqanlarının agentləri və ekstremist qruplar cəhd edirlər:

"Təxribatların təşkilində xarici strukturların tapşırığı ilə hərəkət edən təxminən 500 nəfər iştirak edə bilər.

Əvvəllər inqilabların əsas alətləri siyasi partiyalar idi, sonra – media nümayəndələri və qeyri-hökumət təşkilatları. İndi isə metodlar daha sərtləşib: ekstremist qruplar və agentlərdən istifadə olunur. Bunlar xarici xüsusi xidmət orqanlarıdır – onlar bu prosesə birbaşa cəlb olunublar”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir həmçinin Avropa strukturlarını anti-dövlət fəaliyyətini dəstəkləməkdə ittiham edib.

“Əvvəllər bu proseslərə Amerika bürokratiyası cəlb olunmuşdu, indi isə Avropa da onlara birbaşa qoşulub. Bu, dövlətimizə qarşı açıq anti-dövlət fəaliyyətidir”, – Kobaxidze əlavə edib.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, iqtidarda olan “Gürcü Arzusu” partiyası səslərin 80 faizindən çoxunu toplayıb.

Seçki məntəqələri bağlandıqdan sonra Tbilisidə vəziyyət gərginləşib: etirazçıların bir hissəsi prezident iqamətgahını ələ keçirməyə cəhd edib. Hadisə zamanı toqquşmalar baş verib, gecə saatlarında aksiyanın beş təşkilatçısı saxlanılıb.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR