İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz Allaha inanırıq” - Milli valyuta üzərinə bu yazılacaq

Musavat.com xəbər verir ki, Ukrayna Ali Radasında milli valyutanın dizaynına dini məzmunlu deviz əlavə edilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

Layihənin müəllifi hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Georgi Mazuraşudur. O, daha əvvəl də ictimaiyyətdə rezonans doğuran, lakin çox zaman qəbul edilməyən mübahisəli qanun təşəbbüsləri ilə tanınıb.

Mazuraşunun yeni təşəbbüsünə əsasən, Ukrayna milli valyutası olan qrivnaların üzərinə “Biz Allaha inanırıq” (“Мы верим в Бога”) ifadəsi əlavə olunmalıdır. Qeyd olunur ki, bu deviz ABŞ dolları üzərindəki məşhur “In God We Trust” yazısından ilhamlanıb.

Hazırda qanun layihəsinin tam mətni Ali Radanın rəsmi saytında yerləşdirilməyib. Müzakirələr başladıqdan sonra həm parlamentdə, həm də ictimaiyyətdə müxtəlif reaksiyaların yaranacağı gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR