İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Netanyahu Qəzza planını və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən ABŞ prezidenti Donald Trampın Qəzzə üzrə sülh planını müzakirə ediblər.

Kremlin məlumatına görə, Putin Rusiya Federasiyasının Fələstin məsələsinin beynəlxalq hüquqa əsaslanan kompleks həllinə dair dəyişməz mövqeyini bir daha təsdiqləyib.

Söhbət zamanı həmçinin İranın nüvə proqramı, Suriyada sabitliyin qorunması və digər regional məsələlər də diqqət mərkəzində olub.

Netanyahu Putini doğum günü münasibətilə təbrik edib, Rusiya lideri isə öz növbəsində İsrail Baş nazirini və xalqını “Sukkot” yəhudi bayramı münasibətilə təbrik edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR