İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Leyen: “Məni istefaya çağıranlar Rusiyanın tərəfini tutur”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentində keçiriləcək etimadsızlıq səsverməsi öncəsi sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, fon der Leyen onu istefaya çağıran deputatları “Rusiyanın tərəfini tutmaqda” ittiham edib. Onun sözlərinə görə, Vladimir Putin Soçidə keçirilən “Valday” klubundakı çıxışında “Avropadakı bütün itaətkar dostlarına açıq dəstək” nümayiş etdirib.

Avropa Komissiyasının mətbuat xidməti isə bundan əvvəl bildirmişdi ki, qurum “Rusiya prezidentinin çıxışını izləməyib”.

“Politico” yazır ki, fon der Leyen yaxın aylarda da etimadsızlıq təşəbbüsləri ilə üzləşməyə davam edəcək, çünki onun Ukrayna və enerji siyasəti ətrafında narazılıq artır.

Qeyd edək ki, Avropa Parlamenti 6–9 oktyabr tarixlərində keçiriləcək plenar sessiyada Avropa Komissiyasının rəhbərinə qarşı iki etimadsızlıq səsverməsini müzakirə edəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR