İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində arıqlayan işçilərə PUL VERİLİR - Kökələnlər CƏRİMƏLƏNİR

Çinin “Insta360” şirkəti əməkdaşlarına hər 500 qram çəki itkisinin müqabilində 500 yuan (təxminən 70 dollar) ödəyəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Şirkət sağlam həyat tərzini təşviq etmək, işçiləri idmanla məşğul olmağa və düzgün qidalanmağa sövq etmək üçün xüsusi proqram işə salıb.

Məlumata görə, əməkdaşlardan biri 90 gün ərzində 40 kiloqram arıqlayaraq 20 min yuan (təxminən 2,8 min dollar) qazanıb. O bildirib ki, gündə 1,5 saat idmanla məşğul olub və rasionunu ciddi şəkildə nəzarətdə saxlayıb.

Eyni zamanda proqramın iştirakçıları çəkiyə xüsusi diqqət yetirməlidirlər. Belə ki, hər əlavə 1 kiloqram üçün 800 yuan (təxminən 112 dollar) cərimə tətbiq edilir.

“The Lancet” jurnalında 2025-ci ilin martında dərc olunan araşdırmaya əsasən, 2021-ci ildə Çində artıq çəkidən və piylənmədən əziyyət çəkən 400 milyon nəfər olub ki, bu da ölkə əhalisinin üçdə birindən çoxunu təşkil edir. Proqnozlara görə, 2050-ci ilədək bu göstərici 630 milyona çata bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR