İnsanlara hürriyət, millətlərə istiqlal!

Salah hönkür-hönkür ağladı - FOTO

İngiltərə Premyer Liqasında son çempion "Liverpul" mövsümün açılış oyununda "Bornmut"u 4-2 hesabı ilə məğlub edib. Matçın sonunda "Liverpul" azarkeşləri ötən ay avtomobil qəzasında həlak olan ulduz futbolçuları Diogo Jotanın adını səsləndirərkən, Salah göz yaşlarını saxlaya bilməyib.

"Liverpul" 37-ci dəqiqədə yeni transferi Ekitikenin qolu ilə ilk hissəni 1-0 öndə başa vurub. 49-cu dəqiqədə Qakpo fərqi iki topa yüksəldib. "Bornmut" isə 64 və 76-cı dəqiqələrdə Semenyonun qolları ilə hesabı bərabərləşdirib. Lakin "Liverpul" 88-ci dəqiqədə Kyeza, 90+4-cü dəqiqədə isə Məhəmməd Salahın qolları ilə 4-2 önə keçib və görüş bu hesabla yekunlaşıb.

Oyuna damğasını vuran an isə matçın sonunda "Liverpul" azarkeşləri Diogo Jotanın adını səsləndirərkən, Salahın göz yaşlarına hakim ola bilməməsi olub./milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR