İnsanlara hürriyət, millətlərə istiqlal!

Lökbatandakı partlayışda mənzildəki şəxs pəncərdən yerə düşüb - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Rəsmi məlumatda bir nəfərin xəsarət aldığı bildirilirdi. Hadisə şahidlərinin dediyinə görə, partlayış baş verən zaman mənzildə olan şəxs partlayışın təsirindən pəncərədən yerə yıxılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə partlayışa səbəb mənzildə vaş verən qaz sızması olub.

Partlayışdan sonra yanğın baş verən mənzildən görüntüləri təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR