İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı...

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR