Onlayn ictimai-siyasi qəzet
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının görünməsinə dair yayılan müzakirələrə münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, kadrlar təsadüfən lentə alınıb və təbliğat məqsədi daşımır. O qeyd edib ki, şeir və musiqi dəqiq elm deyil, daha çox hisslərə və emosional vəziyyətə bağlıdır:
“Mənim və Əlif Cahangirin birgə ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının “Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik” hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər”, – deyə, ifaçı bildirib.
Könül,
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ