Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İtaliyanın baş naziri Giorgiya Meloni bildirib ki, sülhə nail olmaq və ədaləti təmin etmək üçün bütün tərəflərin birlikdə hərəkət etməsi vacibdir.
O, vurğulayıb ki, İtaliya Ukraynaya dəstəyini davam etdirəcək və görüşdə bir sıra mühüm məsələlər, o cümlədən NATO-nun 5-ci maddəsi modelinə əsaslanan təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.
Meloni qeyd edib ki, bu zəmanətlər Ukraynaya oxşar hadisələrin təkrarlanmaması üçün vacibdir və hər hansı bir sülhün əsasını təşkil edir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ