Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən danışıqlar sırasında jurnalistlərə mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün yaxşı keçdiyini və nəticə əldə etmək üçün şansların olduğunu deyib. O, Zelenski və Avropa liderləri ilə nəzərdə tutulan görüşün də “yaxşı keçəcəyinə” ümid etdiyini bildirib.
ABŞ lideri vurğulayıb ki, Ukrayna münaqişəsinin sona çatdırılması üçün “məntiqli imkanlar” mövcuddur və həm Putin, həm də Zelenski bu istiqamətdə addım atmaq istəyirlər.
Tramp əlavə edib ki, Ukraynadakı nizamlanma davamlı olmalı, təhlükəsizlik zəmanətləri isə təmin edilməlidir: “Bu məsələdə çox böyük həcmdə təhlükəsizlik yardımı olacaq. Onlar birinci müdafiə xəttindədirlər, amma biz də onlara kömək edəcəyik”.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, bu gün keçiriləcək görüşdən sonra Amerika və Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı qərar qəbul edilə bilər.
Zelenski isə jurnalistlərin ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavabsız qoyub.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ