İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Avropa üçlüyü Cenevrədə görüşür – nüvə razılaşmasında yeni mərhələ başlayır

Dünya diplomatiyasında diqqətlər sabah Cenevrəyə yönələcək.

Musavat.com xəbər verir ki, İran və Avropa üçlüyü – Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Görüşdə əsas mövzular Tehranın nüvə proqramı və İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi olacaq.

Məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi rəhbərlik edəcək. Avropa tərəfi isə Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri ilə təmsil olunacaq.

Ekspertlər hesab edirlər ki, bu görüş nüvə razılaşmasının bərpası istiqamətində mühüm mərhələ ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR