Onlayn ictimai-siyasi qəzet
Ukrayna və Macarıstan xarici işlər nazirləri açıq şəkildə sosial şəbəkədə üz-üzə gəliblər.
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” platformasında Macarıstanın XİN rəhbəri Peter Siyarto ilə mübahisə edib. Gərgin söz atışmasına səbəb isə Ukrayna prezidenti Volodimir Zelenskinin Kanadanın baş naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanat olub.
Sibiqa Siyartoya belə cavab verib:
“Cavabımı macar dilində verim. Siz Ukraynanın prezidentinə nə etməyi və nə vaxt deməyi göstərə bilməzsiniz. O, Ukraynanın prezidentidir, Macarıstanın yox. Macarıstanın enerji təhlükəsizliyi öz əlinizdədir. Fəaliyyətinizi diversifikasiya edin və Rusiyadan asılılığınızı aradan qaldırın".
Buna qarşılıq olaraq Siyarto isə sərt reaksiya verib:
“Bizim enerji təhlükəsizliyimizə hücum etməyi dayandırın! Bu, bizim müharibəmiz deyil”.
Qalmaqala səbəb Zelenskinin “Drujba” neft kəmərinə hücumların Macarıstanın Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyinə bağlı ola biləcəyi barədə açıqlaması olub. Prezidentin sözlərinə görə, “Drujba”nın gələcək mövcudluğu məhz Macarıstanın mövqeyindən asılı olacaq.
Hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətlərdə yeni böhran dalğası yaradıb.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ