İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Putindən Azərbaycanın QİSASINI aldı, Rusiyada YANACAQ ÜSYANI başladı – insan seli AYAQDA! 

Rusiyanın bir sıra regionlarında yanacaq çatışmazlığı pik həddə çatıb.

Musavat.com xəbər verir ki, artıq rəsmi qurumlar da vəziyyəti etiraf etməyə başlayıblar.

Belə vilayətlərdən biri də Saxalindir. Vilayətinin Kurilski rayonunda əhaliyə Aİ-92 markalı benzinin satışı dayandırılıb. Məlumatı Kuril rayonunun rəhbəri Konstantin İstomin öz Telegram kanalında açıqlayıb: "Aİ-92 markalı benzinin əhaliyə satışı müvəqqəti olaraq dayandırılıb - bütün ehtiyat xüsusi nəqliyyat üçün lazımdır".

Onun sözlərinə görə, bazar ertəsi günortadan sonra Anatoli İvanov gəmisindən benzinin yeni partiyası boşaldılacaq. Kuril bölgəsi şimalda Diana boğazı ilə cənubda Ketrin boğazı arasındakı Kuril adaları zəncirinin bir hissəsini tutur. İnzibati mərkəzi Kurilsk şəhəridir.

Ukraynanın PUA qüvvələri tərəfindən həyata keçirilən ardıcıl hücumlar nəticəsində son bir həftə ərzində Rusiyanın dörd neftayırma zavodu (NQZ) və neft məhsulları infrastrukturuna zərər dəyib.

Ukrayna Silahlı Qüvvələrinin PUA bölməsi tərəfindən yayımlanan həftəlik hesabatda bildirilir ki, avqustun 14-dən 21-dək Rusiyanın müxtəlif bölgələrində yerləşən neftayırma zavodlarına qarşı dəqiq zərbələr endirilib.

Əsas hədəflər bunlar olub:

-14 avqust: Volqoqrad şəhərində yerləşən "Lukoyl" NQZ (keçmiş Stalinqrad). Yayılan məlumatlara görə, zavodun fəaliyyəti dayandırılıb;
-18 avqust: Tambov vilayətindəki "Drujba" stansiyası (Nikolskoye rayonu). Rusiya tərəfi zavodun 48 saat ərzində bərpa olunduğunu iddia etsə də, bu barədə təsdiqedici məlumat yoxdur;
-20 avqust: Rostov vilayətində yerləşən "Novoşaxtinsk Neft Məhsulları Zavodu". Zərbələrdən sonra başlayan yanğın 60 saatdan çox davam edib və 23 avqust tarixində də yanğının əhatə dairəsinin artdığı bildirilir;
-21 avqust: Bryansk vilayətində yerləşən "Drujba" boru kəmərinin Uneça stansiyası. Ukrayna tərəfi yanğının "intensiv" olduğunu, Rusiya tərəfinin isə obyektin 5 gün ərzində yenidən işə salınacağına söz verdiyini bildirib. Hücumlarda SBS-nin "QRAF" adlı pilotsuz uçuş aparatları bölməsi və 14-cü polk iştirak edib.
Ukrayna tərəfi bu əməliyyatları Rusiya neft sənayesinə "strateji zərbə" adlandırır və bu hücumların Rusiyanın logistik imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildirir. Rusiya rəsmiləri hələlik hücumlara dair rəsmi açıqlama verməyiblər.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR