Onlayn ictimai-siyasi qəzet
İlin birinci yarısında Özbəkistan mütəşəkkil əmək miqrasiyası imkanlarını genişləndirib. 86 mindən çox özbək xaricdə işlə təmin olunub.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin qanunvericilik palatasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 17 dövlətin, 22 beynəlxalq təşkilatın nümayəndələri və diplomatlarla aparılan danışıqlar nəticəsində iş vizalarının kvotaları artırılıb. Mütəşəkkil miqrasiya çərçivəsində əmək haqqı 1500 ABŞ dolları və yuxarı olan 211 min yeni iş yeri müəyyən edilib, 129 iri xarici şirkətlə müqavilələr imzalanıb.
Plana əsasən, ilin sonuna kimi 200 min vətəndaş xaricdə işlə təmin olunmalıdır. Mərkəzi Bankın məlumatına görə, beynəlxalq pul köçürmələri 6 ayda 8,2 milyard dollara yüksəlib və bu, ötən illə müqayisədə 27% çoxdur.
Miqrantları xaricdə işləməyə hazırlamaq üçün Almaniya, Yaponiya, Koreya və Bolqarıstandakı təşkilatların dəstəyi ilə Özbəkistanın doqquz rayonunda beynəlxalq təlim mərkəzləri yaradılıb. İlin əvvəlindən 45,3 min nəfər peşə hazırlığı və dil hazırlığı alıb.
Qeyd edək ki, Özbəkistan dövləti Rusiyadan deportasiyası edilən, eləcə də özləri məcbur qalaraq vətənə dönən özbək miqrantların digər ölkələrdə iş tapmaları üçün xüsusi proqram həyata keçirir.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ