İnsanlara hürriyət, millətlərə istiqlal!

Sıbiqa Lavrova cavab verdi: "Sən kimsən bizə legitimlik dərsi keçirsən"

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Rusiya XİN rəhbəri Sergey Lavrovun Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi ilə bağlı söylədiyi fikirlərə sərt cavab verib.

Musavat.com xəbər verir ki, bu barədə “Qordon media”məlumat yayıb.

Qeyd edək ki, NBC News efirində çıxış edən Lavrov bir daha Zelenskinin legitimliyinə dair “şübhələr” səsləndirib. Buna cavab olaraq Sıbiqa bildirib:

“21 ildir eyni kresloda oturan, 25 ildən artıqdır hakimiyyətdə olan bir şəxsə xidmət edən adamın legitimlik mövzusunda dərs keçməyə heç bir haqqı yoxdur. Bu cür absurdlara əsaslanan bəyanatların heç bir legitim əsası yoxdur. Onlar yalnız Rusiyanın sülh təşəbbüslərini rədd etdiyini göstərir.”

Nazirin sözlərinə görə, Moskvanın bu tip çıxışları beynəlxalq ictimaiyyətə Ukraynanın legitim dövlətçilik quruluşuna qarşı düşmən münasibətini bir daha nümayiş etdirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR