Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Zelenski və Avropa liderləri ilə görüşdə mühüm açıqlamalar verib. O bildirib ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli görüş təşkil etməyə çalışacaq.
“Mənə elə gəlir ki, siz prezident Putinlə müəyyən razılığa gələ biləcəksiniz. Axırda qərarı yalnız prezident Zelenski və Ukrayna xalqı verə bilər. Məncə nəticə yaxşı olacaq. Mən Putinlə görüş təşkil edəcəyəm. İstəsəniz, mən də sizə qoşulacağam”, – deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, Moskva Ukraynanın təhlükəsizlik zəmanətlərinə razılıq verəcək: “Biz daha geniş müzakirə aparacağıq, kim hansı öhdəliyi götürəcək. Mən müsbət əhvaldayam və düşünürəm ki, kollektiv razılaşma əldə edə bilərik. Avropa bu məsələdə üzərinə çox şey götürəcək”.
Maraqlıdır ki, Tramp bu açıqlamaları məhz Avropa liderlərinin iştirakı ilə etdiyi üçün prosesdə həm ABŞ, həm də Avropanın aktiv rol alacağı diqqəti çəkir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ