İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Starlink, Avropada YouTube çöküb

ABŞ-da 42 mindən çox istifadəçi Starlink peyk rabitə sistemindəki problemlərdən şikayətlənib. Musavat.com xəbər verir ki, məlumat Downdetector xidmətinin hesabatında yer alıb.

Qeyd olunur ki, problem bildirən insanların 60 faizi internetdə nasazlıqları qeyd edir, 38 faizi əlaqənin tam kəsilməsindən, 2 faizi şəbəkəyə qoşulmadan şikayət edir. ABŞ-dan başqa, Böyük Britaniyada da Starlink-in işində fasilələr qeydə alınıb.

Bir sıra Avropa ölkələrində isə YouTube videohostinq xidmətinin işində irimiqyaslı uğursuzluq qeydə alınıb. Ən çox şikayət Almaniyada müşahidə olunur. Orada 19,5 minə yaxın insan videohostinq xidmətinin işində fasilələr qeydə alıb. İstifadəçilərin 87 faizi videolara baxmaqla bağlı problemləri, 8 faizi serverə qoşulmaqda çətinlik çəkdiyini, 3 faizi isə proqrama malik olmadığını bildirib.

Downdetector-un məlumatına görə, xidmətdə əhəmiyyətli fasilələr Böyük Britaniya, İtaliya və Fransada da müşahidə olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR