İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Avropa liderləri ilə görüşdə Ukrayna münaqişəsinin həlli müzakirə olunur

Tramp və Avropa liderləri ilə görüşdə Ukrayna münaqişəsinin həlli müzakirə olunur.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Putin və Zelenski Ukraynadakı münaqişənin həlli üçün ortaq dil tapa biləcəklər və növbəti addım üçtərəfli görüşdür. O əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı “daha geniş aqressiyası” təhlükəsinə inanmır və bu gün qərara gələcəklər.

Tramp həmçinin Zelenskinin Putinlə görüşdə iştirak etməklə bağlı təklifini qəbul edib: “Mən gələ bilərəm,” – deyə o bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edib ki, ərazi məsələləri üçtərəfli görüşdə müzakirə olunacaq.

Almaniya kansleri Fridrix Mers atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb: “Hamımız istərdik ki, ən azı növbəti görüşə qədər atəşkəs əldə olunsun. Atəşkəs olmadan növbəti görüşü təsəvvür edə bilmirəm. Gəlin, Rusiyaya təzyiq edək.”

Tramp misal olaraq Konqo müharibəsini göstərərək deyib: “Altı müharibəni dayandırdım və orada atəşkəs olmamışdı.”

İtaliyanın baş naziri Giorgiya Meloni isə bildirib: “Mən xatırlatmalıyam ki, əgər biz sülhə nail olmaq istəyiriksə, birliyi qorumaq lazımdır. Və siz (Zelenskiyə müraciətlə) İtaliyaya arxalana bilərsiniz” .

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR