Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında bu gün Oval kabinetdə keçiriləcək görüş öncəsi maraqlı detallardan biri diqqət çəkib.
Musavat.com xəbər verir ki, Axios nəşri Ağ Evin ukraynalı rəsmilərə Zelenskinin görüşə necə geyimdə qatılacağını soruşduğunu yazıb.
Trampın müşavirlərindən biri bildirib:
“Əgər Zelenski bu gün kostyum və qalstukda görünsə, bu, sülh mesajı olardı. Amma biz bunun baş verəcəyini gözləmirik”.
Məlumata görə, Zelenski Ağ Evdə Niderlandda keçirilən NATO sammitində geyindiyi qara gödəkçədə iştirak edəcək.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ