İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva SOCAR-ın Odessadakı bazasını vurmaqla Azərbaycandan nə istəyir?  

"Rusiya Azərbaycanı birbaşa deyil, dolayı yolla hədəf almağa davam edir. Odessada SOCAR-ın neft bazasının və Azərbaycan qazının nəql edildiyi kompressor stansiyasının vurulması Azərbaycana həm xəbərdarlıq, həm də onun iqtisadi maraqlarına zərbə kimi qiymətləndirilməlidir. Azərbaycanın ixrac neftinin qəflətən çirklənməsi - daha doğrusu, çirkləndirilməsinə də bu kontekstdə yanaşmaq məntiqli olar. Bu, texniki xətadan çox, diversiyaya oxşayır".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli deyib.

"Bəs bununla Rusiya Azərbaycandan nə istəyir?" sualına siyasi şərhçi bu cür cavab verib:

"Rusiya ona nail olmağa çalışır ki, Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatının çərçivələri daxilində və bu sənədlə əsası qoyulmuş üçtərəfli formatın içərisində qalsın. Eyni zamanda, Moskva münasibətlərin yenidən 2022-ci il 22 fevral tarixli müttəfiqlik anlaşmasındakı qarşılıqlı öhdəliklərə uyğunlaşdırılmasını gözləyir.

Ukraynadakı həll prosesi fonunda ABŞ və Rusiya arasındakı istiləşmə Azərbaycanın (və təbii ki, Paşinyan hökumətinin) manevr imkanlarını daralda bilər. Bu istiləşmə davam edərək yaxınlaşmaya çevrilərsə, Zəngəzur yolunu işlədəcək operatorlar sırasına Rusiya şirkəti də əlavə olunsa, ümumən Rusiyanın orada iştirakı hansısa şəkildə təmin edilsə, təəccüblənmək lazım deyil. Putin belə bir xahişlə Trampa müraciət edərsə, cavab yəqin ki, müsbət olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR